Ru
09:53 / 17 Fevral 2020

Amerikalı professor Paşinyanı darmadağın etdi: "Oğlun niyə Qarabağdadır?" - VİDEO

2041

Amerikalı-israilli professor Brenda Şaffer Ermənistanın baş naziri Nikol Paşinyanın Münhen Təhlükəsizlik Konfransında “Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir” bəyanatını şərh edib.

“Report” xəbər verir ki, bunu professor “Twitter”səhifəsində yazıb.

“Nikol Paşinyan, siz Münhen Təhlükəsizlik Konfransında "Dağlıq Qarabağ Ermənistandan ayrı bir subyektdir" deyirsiniz. O zaman niyə sizin öz oğlunuz Dağlıq Qarabağda hərbi xidmətə gedib?”, - B.Şaffer bildirib.

Qeyd edək ki, Brenda Şaffer Corctaun Universitetinin professorudur. O, xarici siyasət və energetika siyasəti üzrə mütəxəssisdir.

Həmçinin professor Massaçusets Texnologiya İnstitutunda (MIT) nəşr edilmiş “Sərhədlər və qardaşlar: İran və azərbaycanlı kimliyinin formalaşması" kitabının müəllifidir.
Amerikalı professor Paşinyanı darmadağın etdi: "Oğlun niyə Qarabağdadır?"  - VİDEO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər