Ru
11:55 / 24 Sentyabr 2019

Amerikalı radioaparıcı Qarabağdan danışacaq

2618
Nyu-Yorkun "TalkRadio 77 WABC Radio" radiosunda bu həftə ərzində Azərbaycandan "John Batchelor Show" proqramı yayımlanacaq.


BakuPost.az xəbər verir ki, bu barədə şounun müəllifi Con Betçelor "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, o, həmçinin qoşunların təmas xəttindən birbaşa bağlantılar edəcək, dinləyicilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar verəcək.

"Dinləyici auditoriyama iki nəsildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin bütün kabuslarını anlamağa kömək etmək istəyirəm", - o deyib.

Hazırda proqramın aparıcısı Con Betçelor Azərbaycanın Tərtər bölgəsindəki qoşunların təmas xəttindədir.

C.Betçelor eyni zamanda qeyd edib ki, Azərbaycanın Avropaya enerji çatdırılmasında etibarlı təchizatçı rolu haqqında da bir sıra reportajlar hazırlamaq niyyətindədir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər