Ru
16:54 / 25 Noyabr 2021

Ana və 3 yaşlı övladı dəm qazından boğulub öldü

1310
Bərdədə ana və azyaşlı övladı dəm qazından boğularaq ölüb.

Bakupost.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində baş verib.

Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Yusifova Ayşən Eldəniz qızı və övladı 3 yaşlı Əliyev Tunar Vüsal oğlunun yaşadıqları evdə meyitləri aşkarlanıb.

Qonşularının APA-ya verdiyi məlumata görə, gecə saatlarında Ayşənin həyat yoldaşı Vüsal Əliyev evə gəlib qapını döysə də, açan olmayıb. Hadisə yerinə polis və FHN əməkdaşları çağırılıb. Qapı sındırılıb, içəri daxil olanda qadının və övladının öldüyünü görüblər.

Faktla bağlı araşdırma aparılır. İlkin məlumata görə, ana və övladı hamam otağında quraşdırılan qızdırıcıdan ayrılan dəm qazından zəhərlənərək ölüblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər