15:11 / 20 Noyabr 2021

ANAMA-nın minaya düşən əməkdaşının vəziyyəti ilə bağlı AÇIQLAMA

579
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Partlamamış Hərbi Sursatlar qrupunun (PHSQ) təhlilçi-operatoru Babayev Vaqif Əlizaab oğlu Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi hospitalına yerləşdirilib.

Bu barədə Bakupost.az -a ANAMA-dan məlumat verilib.

Bildirilib ki, vəziyyəti stabil olaraq qiymətləndirilir.

Qeyd edək ki, 19 noyabr 2021-ci il tarixində V.Babayev Zəngilan rayonunda öz xidməti fəaliyyətini yerinə yetirərkən məsafədə baş verən tank əleyhinə minanın partlayışı nəticəsində agentliyin əməkdaşı yüngül qəlpə yaraları alıb.

Hadisədən dərhal sonra Vaqif Babayev helikopter vasitəsilə Bakı şəhərinə çatdırılıb və hospitala yerləşdirilib.

Vaqif Babayev 2014- cü ildən ANAMA-da işləyir və fəaliyyəti zamanı hadisələr qeydə alınmayıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşlarının mütəmadi olaraq biliklərinin təkmilləşməsi, hazırlıq səviyyəsinin vaxtaşırı artırılması və yeni partlayıcı qurğular haqqında məlumatlı olması, gördükləri işin təhlükəsiz həyata keçirilməsinə xidmət edir.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər