Ru
17:56 / 23 Sentyabr 2021

Anım Günü şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq

1787
Sentyabrın 27-də Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsi yad ediləcək.

Bakupost.az -ın xəbərinə görə, Anım Günündə saat 12:00-da ölkə ərazisində şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək.

Anım Günü ilə əlaqədar sentyabrın 27-də bir sıra tədbirlər keçiriləcək.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər