Apreldən müharibə veteranlarına Prezident təqaüdü təyin olunacaq

397
 
Azərbaycan Prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamında müharibə veteranları üçün Prezidentin aylıq təqaüdünün təsis olunması nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən BakuPost-a bildirilib ki, sərəncama uyğun olaraq, aprelin əvvəlindən müharibə veteranlarına kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət (55 manat) əvəzinə, habelə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının əmək pensiyasının sığorta hissəsinə əlavə (11 manat) əvəzinə Prezidentin 80 manat məbləğində aylıq təqaüdü təyin olunacaq.

"Bu da 80 min nəfərdən ibarət müharibə veteranlarına dövlət dəstəyinin əhəmiyyətli şəkildə artırıldığını göstərir. Qeyd olunan təqaüdün ödənilməsi üçün il ərzində əlavə 80 milyon manat vəsait ayrılacaq”, - deyə məlumatda qeyd olunub.



ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər