Ru
23:34 / 16 Noyabr 2019

Aqşin Yenisey səhhəti ilə bağlı danışdı - YENİLƏNİB

2009
Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanadan evə buraxılıb.

BakuPost
xəbər verir ki, bu barədə "Report"a A.Yenisey özü məlumat verib.

O bildirib ki, Bakı şəhərində yerləşən xəstəxanalardan birində müayinələrdən keçib:

"Mən əvvəlcə mədəmdə qanaxma olduğundan şübhələnirdim. Amma həkim müayinələrindən sonra mədəmdə qanaxma baş vermədiyi məlum oldu. Ola bilsin ki, bağırsaqlarımda problemlər yaranıb. Həftənin birinci günü təkrar yoxlanışa gedəcəm. Əsas odur ki, qorxulu bir şey yoxdur. Hər şey qaydasındadır. Artıq evdəyəm", deyə A.Yenisey bildirib.


***

Tanınmış şair Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.

BakuPost-un məlumatına görə, bu barəbə şairin yaxınları məlumat yayıb.

Məlumata görə, Aqşin Yenisey mədə qanaxması diaqnozu ilə ciddi həkim nəzarətinə alınıb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər