Ru
21:32 / 25 Noyabr 2020

Argentinada matəm elan olundu

1240
Argentinada üç günlük milli matəm elan olunub.

"BakuPost" xəbər verir ki, bu barədə qərarı Argentina hökuməti verib.

Buna səbəb dünya futbolunun əfsanəsi Dieqo Maradonanın ölümüdür. Argentina millisi, “Napoli” və “Barselona” kimi bir sıra klublarda oynamış əfsanə bu gün 60 yaşında ürək dayanmasından vəfat edib.

Qeyd edək ki, “Ximnasiya və Esqrima”nı çalışdıran Maradona noyabrın 3-də yerləşdirildiyi xəstəxanada əməliyyat olunduqdan sonra ayın 11-də buraxılıb. Xəstəxanadan sonra onu alkoqoldan asılılıqdan müalicə klinikasına yerləşdiriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər