14:49 / 11 Oktyabr 2021

Arif Babayevin səhhəti pişləşdi: xəstəxanaya yerləşdirildi

871
Azərbaycanın məşhur xanəndəsi, Xalq artisti Arif Babayevin səhhətində problemlər yaranıb.

Bakupost.az xəbər verir ki, bu barədə "Report"a Xalq artistinin yaxınları bildiriblər.

A.Babayev Mərkəzi Klinik Xəstəxanaya yerləşdirilib: "Beyin sistemi ilə əlaqədar problemləri var idi. Müalicədən sonra yaxşılaşmışdı. Həmin problemlər səhhətində yenidən narahatlıq yaratdı, bir saat əvvəl xəstəxanaya yerləşdirmişik. Müalicəsi davam edir, həkimlər onun vəziyyətini stabil qiymətləndirir".

Xatırladaq ki, Arif Babayev bir neçə ay öncə Türkiyədə müalicə alıb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər