Ru
09:45 / 09 Oktyabr 2019

"Arif bəyə səs verin!" - İsa Qəmbərdən dəstək

1897
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər Müsavat Partiyasının başqanlığına seçkilərlə bağlı dəstəklədiyi namizədin adını açıqlayıb.

BakuPost.az xəbər verir ki, o, bu barədə sosial şəbəkədə yazıb:

“9-cu qurultay ərəfəsində partiyamızda azad demokratik seçki ənənəsi o dərəcədə oturuşub ki, namizədlərdən heç biri mənə mövqeyimi nə bildirmək, nə də bildirməmək xahişi ilə müraciət etməyə ehtiyac duymur və bu, məni sevindirir. Odur ki, indi mən də mövqeyimi açıqlaya bilərəm.

Qurultayda səs verəcəyim, başqan kimi görmək istədiyim namizəd Arif Hacılıdır”.

İsa Qəmbər qeyd edib ki, bu seçiminin səbəbi Arif Hacılı ilə 30 illik dostluq münasibətləri deyil:

“Mənim seçimim Arif Hacılının gələcək fəaliyyəti və millətimizə gələcək xidməti ilə bağlıdır. Müsavatçılara və bütün vətəndaşlarımıza bəyan etmək istəyirəm ki, Müsavatımızın və Azərbaycanımızın Arif Hacılının xidmətlərinə ehtiyacı var. Mən isə deyirəm ki, Arif Hacılı təkcə başqanlığa deyil, prezident vəzifəsinə də layiq dövlət adamıdır.

Arif bəyə səs verin!

Onun uğurları Müsavatımızın, Müsavatın uğurları Azərbaycanımızın uğurları olacaq!”

Qeyd edək ki, Müsavat Partiyasının başqanı vəzifəsinə Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı namizədliyini irəli sürüb. Qurultay oktyabrın 12-nə təyin edilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər