Ru
09:45 / 11 Sentyabr 2019

Artıq bu şəxslər də şəhid hesab ediləcək - Novruz Məmmədovdan qərar

3566

Nazirlər Kabineti 1994-cü il 15 yanvar tarixli Qərarla təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edib.


BakuPost xəbər verir ki, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.


Qərara əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər şəhid hesab ediləcək.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər