Ru
15:31 / 07 Noyabr 2019

Arvadını namus bəhanəsilə öldürən şəxsə CƏZA KƏSİLDİ

2464
Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən Vüsal Məmmədovun cinayət işi məhkəmə prosesi başa çatıb.

BakuPost.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib.


Prokuror törətdiyi əmələ görə Vüsal Məmmədovun 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Dövlət ittihamçısı Vüsal Məmmədovun daha əvvəlki cinayət əməllərinin də nəzərə alaraq şərti hesab edilmiş cəzalarının da indiki cəzası ilə toplanaraq qəti olaraq 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin hökmü ilə V. Məmmədov 19 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə bu ilin may ayında Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib.

İttihamda yazılır ki, Vüsal Məmmədov heç bir səbəb olmadan xuliqanlıq niyyəti ilə arvadı Fəridə Məmmədovanı qətlə yetirib.

Belə ki, Vüsal Məmmədov dəfələrlə arvadını döyüb. Sonuncu dəfə ərinin bu hərəkətlərindən bezən Fəridə Məmmədova polisə müraciət edib. Bu müraciət əsasında Vüsal Məmmədov barəsində cinayət işi açılıb.

Bundan sonra Vüsal Məmmədov qisas almaq məqsədi ilə Fəridə Məmmədovanı izləyib. Fəridə Məmmədova əri Vüsaldan şikayətçi olduğu üçün məhkəməyə dəvət edilən gün də qətlə yetirilib.

Vüsal Məmmədov arvadını taksi ilə güdərək evə qayıtmasını gözləyib. Binanın həyətində Fəridə Məmmədovaya yaxınlaşaraq üzərində olan bıçaqla ona çox saylı zərbələr endirib. İttihamda göstərilir ki, Fəridə yalvarsa da, Vüsal buna əhəmiyyət verməyərək xüsusi amansızlıq və qəddarlıqla onu qətlə yetirib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər