Arvadını vəhşicəsinə qətlə yetirən şəxsə AĞIR CƏZA

507
 
Sumqayıtda arvadına 40-dan çox bıçaq zərbəsi vurub öldürməkdə təqsirləndirilən Yaqub Ağayevin məhkəməsi bitib.

Bakupost.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun hökmü ilə Yaqub Ağayev 16 il müddətinə azadlıqdan azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhəri 11-ci mikrorayonunun ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib. 

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.

Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində törədib. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb.

ŞƏRH YAZ
Şikayətinizi bizə yazın
Xəbərlərinizi bizə göndərin
WhatsApp: +994772701199

XƏBƏR LENTİ

Bütün xəbərlər
Bütün xəbərlər