Ru
16:47 / 21 Yanvar 2019

AŞPA-nın daimi prezidenti seçildi

3419
 


 Avropa Şurası Parlament Assambleyasının (AŞPA) rəhbərliyi təşkilatın bu gün başlayan qış sessiyasında yenidən təsdiq olunaraq tərkibi müəyyən olunub.


Lilyan Mori Paskye AŞPA-nın yay sessiyası müddətində müvəqqəti prezident seçilmişdi və qış sessiyasında yeganə namizəd olduğu üçün seçkisiz bu vəzifəyə təyin edilib.


1956-cı ildə Cenevrədə anadan olan Lilyan Mori Paskye İsveçrənin Sosial Partiyasının üzvüdür.


Qeyd edək ki, AŞPA-nın əvvəlki prezidenti Mikele Nikoletti keçən ilin mart ayında İtaliya parlamentində növbəti seçkilər zamanı yenidən seçilə bilməməsi ilə əlaqədar AŞPA-nın rəhbərliyindən kənarlaşdırılıb.


AŞPA-nın qış sessiyası bu gün işinə başlayıb və yanvarın 25-nə kimi davam edəcək. (Report)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər