Ru
14:13 / 12 Noyabr 2025

Astarada ağır yol qəzası – Ölən və yaralanan var

Astarada ağır yol qəzası – Ölən və yaralanan var
Eye

Astarada yol-nəqliyyat hadisəsi baş verib.

Bakupost.az “Qafqazinfo”ya xəbər verir ki, hadisə rayonun Təngərüd kəndi ərazisində qeydə alınıb.

Belə ki, Astaranın Kijəbə qəsəbə sakini Cəsarət Əliyevin idarə etdiyi “Niva” və rayonun Təngərüd kəndindən olan 1965-ci il təvəllüdlü Kamran Məmmədovun sürdüyü “Mercedes 190” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində K.Məmmədov hadisə yerində ölüb. “Niva”nın sürücüsü və maşında olan həmkəndlisi Fail Qüdrətov isə xəsarətlə Astara Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar. İlkin müayinədən sonra onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına təxliyə ediliblər.

Faktla bağlı Rayon Polis Şöbəsində araşdırma aparılır.


Şərhlər
Captcha
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar