Ru
10:43 / 07 Dekabr 2019

Astarada qadının çantasını oğurladılar - FOTOLAR

2410
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb.

BakuPost-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Astara şəhər sakini Fəqan Məmmədov mərkəzi bazar ərazisində rayonun Ərçivan qəsəbə sakini P.Zeynalovanın içərisində pul və mobil telefon olan çantasını alaraq qaçıb.


Lakin faktı törədən şəxs çox da uzağa gedə bilməyib.

Belə ki, F.Məmmədov ərazidə xidmət aparan Astara Rayon Polis Şöbəsinin (RPŞ) Post Patrul Xidməti tağımının əməkdaşları tərəfindən isti-izlərlə saxlanılıb.

Polis şöbəsinə gətirilən həmin şəxsin üzərindən bir bükümdə narkotik vasitə olan heroin və soyğunçuluq yolu ilə əldə etdiyi 357 manat pul, “İphone” markalı mobil telefon aşkar edilərək götürülüb.

Faktla bağlı Astara RPŞ-nin istintaq bölməsində araşdırma aparılır.



Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər