Ru
10:35 / 16 Noyabr 2019

Astarada qanunsuz ov edənlər saxlanıldı - FOTO

1672
Qanunsuz ov edən Lənkəran və Astara sakinlərindən 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BakuPost-a verilən məlumata görə, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Pensər və Bala Şahağac kəndləri ərazisində qanunsuz ov edən rayon sakinləri İlqar Rufullayev və Səfər Rüstəmov, bir nəfər isə Lənkəran sakini Süleyman İsmayılov saxlanılıb. Onlardan müvafiq sənədləri olmayan İj-58 markalı 2 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.


Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Astara Rayon Məhkəməsinə göndərilib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər