Ru
22:20 / 23 Aprel 2019

Ağsuda 66 ev yenidən inşa olunur

3041
Ağsu rayonunda zəlzələdən qəzalı
vəziyyətə düşən evlərin yenidən tikilməsi prosesi davam etdirilir.

 

BakuPost.az xəbər
verir ki, bu barədə "Trend”ə Ağsu rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar
Komissiyasından məlumat verilib.
  Məlumatda bildirilir ki, hazırda rayon
ərazisində 66 ev yenidən inşa olunur. Həmin evlərin 47-si Fövqəladə Hallar
Nazirliyi, 19-u isə Heydər Əliyev Fondu tərəfindən tikilir:   "İnşa edilən evlərin bir neçəsinin
tikintisi başa çatmaq üzrədir. Artıq bəzi evlərin dam örtüyü vurulur,
bəzilərinin isə fasad suvanmasına başlanıb. Bir neçə evin elektrik xətləri də
çəkilib. Yaxın vaxtlarda evlərin inşası başa çatdırılacaq".   Komissiyadan bildiriblər ki, zəlzələdən
zərər çəkən ev və obyektlərlə bağlı müraciətlər daxil olmaqdadır. Komissiya
müraciətlər əsasında evlərə baxış keçirir.   Xatırladaq ki, fevralın 5-də Pirqulu
stansiyasından 7 km cənubda Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə
alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər
hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı
ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu
stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər