Ru
14:05 / 13 Dekabr 2019

Atambayev qətldə günahlandırılır

1435
Qırğızıstanın sabiq rəhbəri Almazbek Atambayev qətldə ittiham olunur.

BakuPost xəbər verir ki, bu barədə Qırğızıstan Baş Prokurorluğunun nümayəndəsi Zamir Beyşekev deyib.


Onun sözlərinə görə, Qırğızıstanın sabiq dövlət başçısı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin "Alfa" xüsusi təyinatlı qüvvələrinin komandirinin müavini Usenbek Niyazbekova sui-qəsddə ittiham olunur. İstintaq məlumatına əsasən, Niyazbekova "Draqunov" snayper tüfəngindən atəş açılıb.

Atambayevin vəkili isə bildirib ki, “Alfa” əməkdaşları komitə rəhbərliyinin cinayət əmri yerinə yetiriblər.

Qətldən əlavə, Atambayev iğtişaşlar təşkil etmək, girov götürmək və dövlət məmuruna qarşı zor tətbiq etməkdə ittiham olunur. Keçmiş dövlət başçısı ömürlük həbs cəzasına məhkum edilə bilər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər