Ru
10:18 / 27 Noyabr 2019

ATATÜRKÜ AĞLADAN HADİSƏ - Xanəmir Telmanoğlunun yazısı

4475
Padşahın cənazəsi hara qaçırıldı və...


Ey dili qafiul fil faili mechul fani f


DERLER

Ələ aldığımız mövzuya görə bəziləri elə zənn edər ki, biz kimlərinsə tərəfkeşliyini edir, haqqı nahaqqa, nahaqqı haqqa qarışdırmaqla məşğuluq. Türk tarixinin hər zərrəsi, hər yazısı, hər səhifəsi həm də bizimdir. Biz türk tarixindən bəhs edərkən, məqsədimiz kimlərəsə haqsızlıq etmək deyil, bu gün o möhtəşəm tarixə bütöv yanaşmaqdan ibarətdir. Bu bizim məsuliyyətimizlə yanaşı həm də əxlaqi görəvimizidr. Qayıdaq məsləyə.
*
Düşmənlər İstanbuldan çıxarıldı. Türk xalqı zamanın, bəzi avropalı araşdırmaçılara görə elə tarixin də qalibi oldu. Osmanlı kimi bir səltənəti itirən xalq, Türkiyə kimi monolit bir dövləti, cümhuriyyəti qazana bildi. İmperialist güclər qismən də olsa, öz niyyətlərinə çatdılar, amma xəyallarındakı o böyük plana tam qovuşa bilmədilər.(Ən azından İstanbulu, Ayasofiyanı, Boğazları əldə etməyə gücləri yetmədi:-x.t.) Bu xəyalların gerçəkləşməsinin qarşısını kəsən qəhrəmanlıq səlnaməsi yazılan o savaş, bu savaşı sona kimi sürdürən inanclı bir xalq və onun dahiyanə öndəri Mustafa Kamalın vaxtında kəşf edilməsi, üzə çıxması şəksizdir.

Artıq Osmanlı imperiyası adlanan bir dövlət tarixə qarışmışdı. Sultanlıq, xəlifəlik sistemi aradan götürülmüş, yerinə Türk Cümhuriyyətinin başqanlıq sistemi gətirilmişdi. Bütün bu işlərin öndərliyini edən isə Mustafa Kamal Atatürk idi. Sözsüz ki, Atatürkün ətrafında eyni amala xidmət edən saysız-hesabsız insan, vətən aşiqləri, ulus sevdalıları az deyildi. Əsas olan odur ki, bu xalq öz öndərini, komutanını ağır savaşların, faciələrin, qan- qadaların içindən çıxarmağı bacarmışdır.

DERLER

Osmanlının son sultanı, siyasi gedişatın heç də onun xəyal etdiyi şəkildə cərəyan etmədiyini görərək, artıq bu yerlərdə qalmağın mənasız olduğuna əmin olur. Tezliklə ailəsini də götürüb bir ingilis gəmisiylə sakit şəkildə İstanbuldan, bu sultanlar şəhərindən ayrılır. Geridə nəhəng bir tarix qoyub gedir. Ən qəribəsi isə bu idi ki, bu qədər varın, malın-mülkün sahibi olan bir padşah gedərkən özüylə bir quruş da götürmür. Bunu bütün bəlgələr göstərir ki, əgər götürmək istəsəydi, ona kimsə mane olmayacaqdı. Kimsə...heç kimsə. Son padşah yeni qurulmuş Türk dövlətinin yeni xəlifəsi olacağı fikrində, əlbəttə, yanılmışdı. Bunu da əyani şəkildə TBMM-nin ilk toplantısından ilk baxışdan görüb dərk etdi. Zamanın gedişatı elə bir hal almışdı ki, ya qaçıb canını qorumalıydın, ya da qalıb şərəfli bir şəkildə canını ölümə təslim etməliydin. Bu gün Türk xalqının bəzi kəsimləri israrla Son padşahın getməyini, qaçıb canın qurtarmasını heç cürə qəbul etmir. Ən azından ona görə ki, bu şəkildəki qaçışda “bir vətənə xəyanət”in ipucları göründükcə, bu nöqtə boyda suç, günah, zaman keçdikcə daha da böyüməyində davam edir. İkinci, ona görə suçlanılır ki, böyük bir imperiyanın son sultanı düşmən gəmisiylə qaçmamalıydı, gedib yad torpaqlarda dünyasını dəyişməməliydi. Öz çevrəsi, yeni Türkiyə Cümhuriyyətinin qurucuları tərəfindən həyatı sona çatdırılsaydı belə,(təxminlərə görə, bu şəkildə həyatı sonuclancaqdı:-x.t.) o bunu öz qədəri, taleyi bilib qəbul etməliydi.

DERLER

Digər bir kəsim isə, onun gedişinin haqlı olduğunu qəbul edir, padşahın İstanbuldan uzaqlara doğru səssiz şəkildə bir gəmiylə baş alıb getməsini doğru-düzgün olaraq yorumlayır və anladırlar. Çünki, padşahın vətən torpağında öz doğmaları, özününkülər tərəfindən təsəvvür edəcəkləri şəkildə aşağılanmasına heç cürə razı ola bilmirlər.

Beləliklə, İmperiyanın son Sultanı qərib ölkələrə doğru yola çıxır. Artıq özünün və ailə üzvlərinin aqibətinin necə olacağını bilə-bilə sakit bir şəkildə doğma yerlərə “əlvida” deyir. Xəzinədən bir toz belə götürmədən, özünə aid olanları belə mənimsəmədən Vətəndən, Paytaxtdan, Xalqdan, Zamandan, tarixdən ayrılır. Əcdadlarının 7 əsrə yaxın bir zaman kəsimində qurub yönəltdikləri böyük bir səltənətin bu kimsəsiz, qərib varlığı heç kimə, heç nəyə sitəm etmədən getdiyi yerlərdə sonuna qədər susur. Bu gedişi 20-ci əsr Türk şeirinin əjdahası sayılan Yahya Kamalın indiyə qədər də yanlış anlaşılan bir şeiri bütün xırdalıqlarına, incəliyinə qədər, bütün ədəbi -bədii -estetik dəyəriylə gözəl şəkildə ifadə edir:

Artıq dəmir almaq günü gəlmişsə zamandan
Məchulə gedən bir gəmi qalxar bu limandan
Heç yolçusu yoxmuş kimi səssizcə alır yol
Sallanmaz o qalxışda nə dəsmal, nə də bir qol
Sahildə qalanlar bu səyahətdən ələmli
Günlərcə qara üfqə baxar gözləri nəmli.
Biçarə könüllər, nə gedən son gəmidir bu
Hicranlı həyatın nə də son matəmidir bu.
Dünyada sevilmiş və sevilən boşuna bəklər
Bilməz ki, gedən sevgililər dönməyəcəklər.
Bir çox gedənin hər biri məmnun ki yerindən
Bir çox sənələr keçdi, dönən yox səfərindən


Bir daha təkrar edirəm, bu şeiri hələ də yanlış yozub anlayanlar var. Hətta ədəbiyyat alimləri belə yanlışa düşürlər... Osmanlı kültürü, təfəkkürü ilə yoğrulan şair bu türküsünü Türk tarixinin o faciəvi məqamlarına göndərmə yaparaq, içiylə-dışıyla, bir xalqın ruhuyla hayqırmağı bacarmışdır. “SƏSSİZ GƏMİ” şeiri indi də, zaman keçdikcə daha etkili, daha təsirli, daha qəlb acıdan ecazıyla varlılqlara hakim kəsilir. O öz hayqırtısını bir xalqın ruhunun gücü ilə “Nə gedən son gəmidir bu” nidasıyla tarixin qəlbinə hökmlə vurur, ruhuna pərçimləyir. Bu hayqırtı həm də bir millətin şairinin tarixə heç cürə haqq qazandırmayacağı gerçəklərinin bağrına sancdığı ox, üzünə çəkilmiş şilləsidir.

DERLER

Bugünkü Türkiyə toplumunun bütövlüyünə görünməz, sezilməz olan bir parçalanma hakimdir. Bu parçalanmanın kökü, bax, o “səssiz gəmi”ylə çıxıb yad ölkələrə gedən padşahla bir milləti qurtaran, yeni bir dövlət gəmisinin sükanını ələ alan çağdaş dövrün yeni lideri arasındakı bilinən-bilinməyən, isti-soyuq münasibətlərin sinələrə çəkilən reallığından qaynaqlanır. Bu gün Türkiyə Cümhuriyyətini yönəldən zehniyyət açıq olmasa da, gizli və dolayı yolla bəyan edir ki, Osmanlı sultanı ən azından bu şəkildə yola salınmamalıydı. Gərək Atatürk padşaha qarşı öz vəfa borucunu layiqli bir düzeydə (şəkildə) yerinə gətirərdi. Osmanlının son padşahı madam ki, yeni bir dönəmin başlanğıcına xeyir - dua vermişdir, bu əslində, belədir, o zaman, xalq savaşıb yadellilərə, imperiyalara qalib gəldikdən sonra öz padşahını da hansısa bir şəkildə tarixdə şərəfləndirməliyid. Təəssüf ki, bütün bunlar olumlu bir həssaslıqla sonuclanmadı. Yad ellərdə can verib aylarla meyiti ortalıqda qalan Osmanlı İmperiyasının son padşahı Sultan Vəhdədtinbir zamanlar 3 qitəyə sahib ola-ola, bu fani dünyada bir qarış yer tapılmadı ki, onu dəfn etsinlər. Üzərindən aylar keçəndən sonra qızının həyat yoldaşı Şamda çətinliklə də olsa, qayınatasını dəfn edə bildi. Bu xalqın başqa bir özəlliyi ondan ibarətdir ki, bu millət törə gərəyincə öz böyüyünə qarşı, tarixdən bilindiyi qədərincə, sayqısız olmamalı idi. Törə toplumu, törə mədəniyyətinə dayalı bir əxlaq heç vaxtı buna yol verə bilməzdi. Ancaq olanlar oldu, bitənlər bitdi. Törə olan yerdə İlahi ədalətin pozulması, gerçək dövlət böyüklərinə qarşı amansız davranışlar, hərəkətlər, münasibətlər, sonradan bəla şəklində o xalqın başında çatlayır.
Bu gün Osmalı imperiyasının son padşahının nəvələri, nəticələri həqiqəti olduğu kimi anlayıb, olduğu kimi dərk edənlər, öz dədələrini aşağılayan bir zehniyyətə qarşı gəldikləri düşüncəsindədirlər. Bu gün Türk siyasi hakimiyyətindən də, istəsəniz də, istəməsəniz də, Son padşahın ən azından haqqını özünə, millətə qaytarmaq çabasının durduğu açıq görünməkdədir.

Bu gün Ərdoğanı anlamayanlar, anlamaq istəməyənlərin əsas problemi, bir az da tarixdəki üstüörtülü həqiqətlərdən həm mənən, ruhən, həm də ideoloji baxımdan uzaq olanlardır.

DERLER

Sultan Vəhdətdin qaçmayacaqdı. Vətəndə qalıb ölümünü gözləyəcəkdi. 1922-ci il 1 Qasımda TBMM toplanaraq Səltənəti ortadan qaldırdı. Atatürk Vəhdədtin üzərindəki padşahlıq vəzifəsini, yetgisini, məsuliyyətini “vətənə xəyanət” suçu adıyla çəkib əlindən aldı. Məclis Vəhdətdini sadəcə olaraq, Xəlifə şəklində, (statusunda) qəbul edəcəkdi. Atatürk padşahın tərəfdarı olan millət vəkillərinin etirazlarını söndürmək üçün, olduqca ağıllı bir taktika həyata keçirdi. Məclisin qərarını bildirmək üçün Rəfət Paşanı İstanbula göndərdi. Sultan vəhdətdin TBMM-nin bu qərarını qəti surətdə yaxına buraxmayaraq, padşahlıq məqamının Xilafətdən ayrılmayacağını dilə gətirdi. Ancaq nə olursa olsun, iş işdən keçmişdi.Çünki padşahın bu məclisin bu qərarını qəbul etsəydi belə, yenə də sonucda ya öldürülməli, ya sürgün edilməli və tezliklə də xəlifəlik aradan qaldırılmalıydı. Çünki bu vəzifəyə təyin olunan Əbdülməcid Əfəndinin taleyi də eynən bu şəkildə sona çatmışdı.

Son akkordlar:

Sultan Vəhdədtin öz şəxsi pulundan başqa heç bir mücəhvərə tamah salmadı. İtaliyada dəhşətli kasıblıq və yoxsulluqlar içində qıvrıldığını, cənazəsinin belə İtaliya tacirləri tərəfindən sahiblənildiyini, əl qoyulduğunu, tabutunun gizli olaraq Şama qaçırıldığını, ortalıqda qalan meyiti aylar sonra olduqca çətinliklər bahasına dəfn edildiyini tarixdən yaxşı bilirik.

Deyilənə görə, padşahın başına gələn bu qəziyəni Atatürkə danışarkən, Atatürk pəncərədən gözlərini uzaqlara dikmiş, uzun - uzun baxmış, sonra gözlərini silərək, dərindən bir ah çəkmişdir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər