Ru
12:52 / 12 İyul 2019

ATƏT PA-dan Azərbaycanla bağlı vacib qərar

1419
ATƏT Parlament Assambleyasının Lüksemburqda keçirilən 28-ci illik sessiyasında qəbul edilən Yekun Bəyannamədə Azərbaycanın maraqları təmin olundu.


Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin vitse-spikeri Bahar Muradova deyib.


B.Muradova bəyannamənin 22-ci maddəsindəki müddəanın müzakirələrə səbəb olduğunu bildirib:"Həmin maddədə ilk dəfə olaraq Azərbaycan, Gürcüstan, Ukrayna və Moldova ərazisindəki münaqişələrə prizmadan yanaşılmasının zəruriliyi vurğulanıb. Bu, Ermənistanda çox ciddi narahatlığa, müzakirələrə səbəb olub”.


Vitse-spiker vurğulayıb ki, bundan əvvəl başqa bir maddədə Azərbaycandakı mövcud problemə yalnız Dağlıq Qarabağ münaqişəsi adı ilə münasibət bildirilirdi. Bu məsələlərin bir maddədə cəmlənməsi, vahid prizmadan dəyərləndirilməsi vacib addım idi.


ATƏT PA razılaşdırılmış format daxilində tərəflərin ilkin şərti olmadan ərazi bütövlüyü, suverenlik və beynəlxalq səviyyədə tanınmış sərhədlərin tozunulmazlığı prinsiplərinə əsaslanaraq, Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovadakı münaqişələrin sülh yolu ilə həlli ilə bağlı danışıqları akitvləşdirməyi tövsiyə edir”.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər