Ru
15:17 / 10 May 2021

AVRO-2020: Hakimlərin formalar təqdim edildi - FOTO

1230
UEFA AVRO-2020-də hakimlərin istifadə edəcəyi geyim dəstlərini təqdim edib.

Bakupost.az xəbər verir ki, İtaliyanın "Macron" şirkətinin hazırladığı formaların dizaynında ənənəvi rənglərdən (sarı, qara, mavi və çəhrayı) istifadə edilib.

Formaların üzərində bərabərlik hissini çatdırmaq üçün sərhədlərin və maneələrin silindiyi Avropa xəritəsi əks olunub.

Geyim dəsti incə materialdan hazırlanıb və maksimum hava keçiriicilik qabiliyyətinə malikdir.

Qeyd edək ki, UEFA təşkilatçı şəhərlərin sayını 12-də 11-ə azaldıb. Koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyununun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər