Ru
22:13 / 30 Noyabr 2019

AVRO-2020-nin püşkü atıldı

2221
AVRO-2020-nin final mərhələsinin püşkü atılıb.

BakuPost-un
məlumatına görə, tədbir Rumıniyanın paytaxtı Buxarestdəki ROMEXPO sərgi mərkəzində təşkil olunub.

Püşkatmada final mərhələsinin 24 iştirakçısı 6 qrupa bölünüb. Bunlardan 20-sinin adı bəllidirsə, digər 4 iştirakçı 16 yığmanın qatılacağı pley-offda dəqiqləşəcək. Pley-offdakı hər vəsiqənin 4 iddiaçısı var və bu mərhələnin qarşılaşmaları gələn il marın 26-da və 31-də baş tutacaq.

Final mərhələsinə ev sahibliyi edəcək 12 komandadan 7-si seçmə mərhələdən həlledici raunda yüksəldiyindən onların yer alacağı qrup öncədən bəlli idi. Həmçinin Rusiya və Ukraynanın püşkatma keçirilmədən qrupu bəlli olub.

Püşkatmada oyunları Azərbaycan və İtaliyada keçiriləcək A qrupunun digər üç yığmadı da müəyyənləşib. İtaliya ev sahibi kimi paytaxtımıza düşübsə, Türkiyə, Uels və İsveçrə yığmaları da Bakıya gələcəklər.

İtaliya millisi hər üç komanda ilə ev oyununu Roma Olimpiya Stadionunda keçirəcək. Bu isə o deməkdir ki, digər üç yığma arasında baş tutacaq hər üç qarşılaşma Bakı Olimpiya Stadionunda təşkil olunacaq. Bu görüşlər iyunun 13-də, 17-də və 21-də baş tutacaq.

A qrupu (İtaliya, Azərbaycan):

1. Türkiyə
2. İtaliya
3. Uels
4. İsveçrə

B qrupu (Rusiya, Danimarka):

1. Danimarka
2. Finlandiya
3. Belçika
4. Rusiya


C qrupu (Niderland, Rumıniya):

1. Niderland
2. Ukrayna
3. Avstriya
4. D(Gürcüstan/Belarus-Şimali Makedoniya/Kosovo)

D qrupu (İngiltərə, Şotlandiya):


1. İngiltərə
2. Xorvatiya
3. C(Norveç/Serbiya-Şotlandiya/İsrail)
4. Çexiya

E qrupu (İspaniya, İrlandiya):

1. İspaniya
2. İsveç
3. Polşa
4. B(Bosniya və Herseqovina/Şimali İrlandiya-Slovakiya/İrlandiya)

F qrupu (Almaniya, Macarıstan):

1. A(Bolqarıstan/Macarıstan-İslandiya/Rumıniya)
2. Portuqaliya
3. Fransa
4. Almaniya

Qeyd edək ki, final mərhələsinin oyunları 2020-ci il iyunun 12-dən iyulun 12-dək keçiriləcək

Şərhlər
  • gg

    gh

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər