21:18 / 18 Oktyabr 2021

Avropa çempionatı: millimizin rəqibləri bəlli oldu

1052
Futzal üzrə Azərbaycanın millisinin Niderlandda təşkil olunacaq Avropa çempionatının final mərhələsindəki qrup oyunlarının təqvimi açıqlanıb.

Azərbaycan Futzal Federasiyasından Bakupost.az -a verilən məlumata görə, Joze Alesionun baş məşqçi olduğu kollektiv D qrupunda ilk matçını 2022-ci il yanvarın 22-də Gürcüstan yığmasına qarşı keçirəcək.

Yanvarın 26-dakı qarşılaşmada rəqib İspaniya seçməsi olacaq. Milli komanda qrupdakı son oyununda isə Bosniya və Herseqovina ilə üz-üzə gələcək. Bu görüş yanvarın 29-na təsadüf edəcək. Azərbaycan yığması ilk 2 matçını Qroningen, sonuncu matçını isə Amsterdam şəhərində keçirəcək.

Avropa çempionatı, final mərhələsi

D qrupu

22 yanvar

Gürcüstan – Azərbaycan

İspaniya – Bosniya və Herseqovina

26 yanvar

İspaniya – Azərbaycan

Bosniya və Herseqovina – Gürcüstan

29 yanvar

Azərbaycan - Bosniya və Herseqovina

Gürcüstan - İspaniya

Qeyd edək ki, 19 yanvar - 6 fevralda gerçəkləşəcək Avropa çempionatı ilk dəfə 16 komandanın iştirakı ilə baş tutacaq.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər