Ru
10:37 / 21 May 2019

Avropa İnsan Hüquqları Məhkəməsi MTN-nin həbs etdiyi jurnalistin işinə baxır

1454
Avopa İnsan Hüquqları Məhkəməsi 2013-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxta ittihamlara həbs edilərək, sonradan sifarişli hökmlə 8 il azadlıqdan məhrum edilən jurnalist, hüquq müdafiəçisi Pərviz Həşimlinin şikayəti üzrə Azərbaycan hökuməti ilə kommunikasiyaya başlayıb.


Məhkəmədən Gununsesi.org-a verilən məlumatda bildirilir ki, jurnalistin şikayətində Avropa İnsan Hüquqları Konvensiyasının bir sıra maddələrinin pozuntusunun tanınması xahiş edilib.


Şikayəti araşdıran məhkəmə Azərbaycan hökumətinə Avropa Konvensiyasının 3 (İşgəncələrin qadağan edilməsi), 5 (Azadlıq və toxunulmazlıq hüququ), 6 (Ədalətli məhkəmə araşdırması hüquq), 8 (Şəxsi həyata və ailə həyatına hörmət hüquq),  və 10 (fikir ifadə etmək azadlığı) hüququnun pozulması halları barədə suallar ünvanlayıb.


Qeyd edək ki, 2.6 il həbs cəxası çəkən Pərviz Həşimli Amensty İnternational təşkilatı tərəfindən Vicdan məhbusu elan edilib.


Bundan başqa ABŞ və Avropa qurumları Pərviz Həşimlinin həbsinin qanunsuz olması və azad edilməsi üçün dəfələrlə hökumətə çağırışlar edib.


Nəhayyət, 2016-cı ilin martında Azərbaycan prezidentinin imzaladığı əfv sərəncamı ilə jurnalist həbsdən azad edilib.


Pərviz Həşimlinin həbsini təşkil edən MTN-nin rəhbər şəxsləri isə sonradan bir sıra ağır cinayətlərə görə, məhkum olunub.
Avropa İnsan Hüquqları Məhkəməsi MTN-nin həbs etdiyi jurnalistin işinə baxır
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər