Ru
12:24 / 24 May 2019

Avropa Liqası finalı ilə əlaqədar xaricilərə viza 30 saniyəyə verilir

1576
UEFA Avropa Liqasının final oyunu ilə əlaqədar vizaların verilməsi 30 saniyə ərzində təmin olunub.


 Bunu "Reaktiv Xidmətlərdən Proaktiv Xidmətlərə” adlı "myGov” portalının təqdimat mərasimində çıxış edən Elektron Hökumətin İnkişaf Mərkəzinin (EHİM) direktoru Fariz Cəfərov deyib.


Onun sözlərinə görə, hazırda hava limanında qurulan xüsusi terminallar vasitəsilə 3 dəqiqə ərzində vizaların verilməsi təmin olunur, Avroliqanın finalı ilə bağlı isə Bakıya gələn əcnəbilərə "ASAN Visa” sistemi vasitəsilə vizalar 30 saniyəyə verilir.


"Hava limanlarında bizim 70-ə yaxın əməkdaşımız fəaliyyət göstərir. Onlar 12 fərqli dildə turistlərə xidmət göstərirlər. E-visa.gov.az saytı vasitəsilə dünyanın hər yerindən vizalar üzrə müraciət etmək olar. 95 ölkədən onlayn müraciət etmək mümkündür, 15 ölkədə isə hava limanlarında. Toplumda qonaqlar və rəsmi dəvətləri nəzərə alsaq, 170 dən çox dövlətin vətəndaşları Azərbaycana "ASAN Visa” vasitəsilə gəlib", - deyə F. Cəfərov bildirib. (ONA)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər