Ru
00:20 / 20 May 2019

Avropa Yayımları Birliyindən Azərbaycana qarşı təxribat

3041
İTV
"Avroviziya-2019" zamanı Azərbaycan xəritəsi ilə bağlı yol verilən
səhvə görə Avropa Yayımları Birliyinə müraciət edib.

 

BakuPost.az-ın məlumatına
görə, bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkətinin
"Facebook" səhifəsində bildirilir.

 

 
  Məlumatda
bildirilir ki, dünən "Eurovision 2019" mahnı müsabiqəsində Azərbaycan
təmsilçisinin çıxışı zamanı xəritədə Qarabağ və Naxçıvanın qeyd edilmədiyi
aşkarlanıb: "Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkəti
tərəfindən dərhal müsabiqə təşkilatçılarına və Avropa Yayımları Birliyinin
rəhbərliyinə rəsmi şəkildə etiraz bildirilərək müraciət edilib. Hazırda bununla
bağlı qarşı tərəfin açıqlamasını gözləyir".
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin





Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər