Ru
20:24 / 13 Yanvar 2020

Avropanın ən böyük hava yolu şirkəti iflasın astanasındadır

3619
Avropanın ən böyük müstəqil hava yolu şirkəti olan Böyük Britaniyanın “Flybe” şirkəti fəaliyyətini davam etdirmək üçün təcili olaraq kredit cəlb etmək barədə danışıqlar aparır.

BakuPost
“Report”a istinadən xəbər verir ki, məsrəflərin ifrat artması ilə üzləşən şirkət bunun fəsadlarını aradan qaldırmağa çalışır.

Halbuki “Virgin Atlantic” şirkətinin başçılıq etdiyi sərmayəçilər konsorsiumdan yardım aldıqlarının üstündən heç bir il keçməyib. Qeyri-rəsmi məlumatlara görə, hökumət də “Flybe”ni böhrandan çıxartmaq üçün danışıqlarda iştirak edir.

Qeyd edək ki, 74 ədəd təyyarə ilə Avropanın 85 hava limanı arasında daşımalar həyata keçirən “Flybe” şirkətinin illik sərnişin dövriyyəsi 8 milyon nəfərə yaxındır.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər