Ru
15:44 / 09 May 2021

Avtomobil maneəyə çırpıldı - Sürücü öldü

2052
Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən Bakupost.az -a verilən məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nizami rayonunda “Ravon” markalı minik avtomobilinin yol kənarındakı dəmir maneəyə çırpılması barədə məlumat daxil olub.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1972-ci il təvəllüdlü Mirzəyev İnqilab Oktay oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər