Ru
10:40 / 18 Sentyabr 2019

Avtomobil “Trump Plaza”ya girdi - 1 yaralı

2799

Nyu York ştatında Nyu Roşşel şəhərində naməlum şəraitdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı avtomobil "Trump Plaza" qülləsinə girib.



BakuPost.az xarici mediaya istinadən xəbər verir ki, hadisə zamanı 1 nəfər xəsarət alıb. Xəsarət alan şəxsin isə otelin vestibülündə dayanan işçi olduğu bildirilir. Avtomobili idarə edən şəxsin isə hansı xəsarət alması məlum deyil, belə ki, o, hadisədən yerini dərhal tərk edib.



Polis hadisənin qəsdən törədilməsi faktını istisna edib, hadisəni adi qəza kimi qiymətləndirib. Bununla belə, qəza ilə bağlı araşdırma başlayıb.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər