Ru
13:41 / 20 Aprel 2019

AXH Qarabağ forumu keçirir - FOTO

2876
Azərbaycan Xalq Hərəkatı bu gün Qarabağ forumu keçirir.


Toplantı iştirakçıları, çıxış edənlər Dağlıq Qarabağ münaqişəsindəki mövcud durumdan, Ermənistan-Azərbaycan münasibətlərindən danışır, Qarabağın azad edilməsi uğrunda görülməli olan işlərdən danışıblar.


Çıxışçılar Qələndər Muxtarlı, İsgəndər Həmidov, İqbal Ağazadə Qarabağ məsələsində prinsipiallıq göstərilməsinin vacibliyindən danışıblar.


Sabiq baş nazir Pənah Hüseyn Qarabağ məsələsinin "namus-qeyrət məsələsi" olduğunu deyərək hamını torpağımızın azadlığı uğrunda çalışmalı olduğunu bildirib.


KXCP sədri Mirmahmud Mirəlioğlu Rusiyanın Ermənistanı maşaya çevirərək Azərbaycana qarşı məkrli siyasət yeritdiyini bildirib. M.Mirəlioğlu deyib ki, Azərbaycan ordusu Qafqazda ən güclü ordudur, Qarabağı azad edə bilər, ancaq buna siyasi iradə lazımdır. Natiq xalqı milli birliyə çağırıb.


Musavat.com
AXH Qarabağ forumu keçirir  - FOTO
AXH Qarabağ forumu keçirir  - FOTO
AXH Qarabağ forumu keçirir  - FOTO
AXH Qarabağ forumu keçirir  - FOTO
AXH Qarabağ forumu keçirir  - FOTO
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər