Ru
21:03 / 24 Aprel 2019

Salyanda müəllim intihar etdi - Üç uşaq anasız qaldı - YENİLƏNİB

3034

Salyanda intihar edən şəxsin kimliyi
bilinib.

 

Rayonun Seyidsadıqlı
kəndinin 35 yaşlı sakini Aysel Vaqif qızı Dadaşova özünü evlərinin
yaxınlığından keçən Akkuşa çayının körpüsündən suya ataraq intihar edib.   Aysel Dadaşovanın 3 azyaşlı oğlan
uşağının anası və Seyidsadıqlı kənd orta məktəbinin ibtidai sinif müəlliməsi
olduğu deyilir.   Hazırda özünü suda batırmış qadının
cəsədinin tapılması üçün üçün FHN-in dalğıc-xilasediciləri tərəfindən axtarış
işləri aparılır.Hadisə yerinə yerli icra və 
hüquq-mühafizə orqanlarının rəhbərləri də gəlib.     

 ***

 

Salyanda bir nəfər çayda batıb.


Fövqəladə Hallar Nazirliyindən BakuPost-a verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Salyan rayonunun Seyidsadıqlı kəndində 1 nəfərin Akkuşa çayında batması barədə məlumat daxil olub.


Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu hadisə yerinə cəlb olunub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər