Ru
12:25 / 10 Mart 2023

"0.5 faiz səs belə həlledici ola bilər" - Nazim Cəfərsoy

1522
Türkiyədə bu ilin yazında keçiriləcək prezident seçkiləri yalnız bu ölkədə deyil, bütün dünyada ciddi müzakirə olunur.

Hazırda seçkinin əsas favoritləri AKP sədri, hazırkı prezident Rəcəb Teyyib Ərdoğan və "Altılı masa"nın namizədi, CHP sədri Kemal Kılıçdaroğludur. Eksər ekspertlər qarşıdakı seçkilərin çox gərgin keçəcəyini bildirirlər.


Bəs, hazırda durum necədir? Adı çəkilən namizədlərdən hansı daha şanslıdır?


Mövzu ilə bağlı Bakupost.az -a danışan siyasi ekspert Nazim Cəfərsoy bildirib ki, seçkiyə rəsmi hazırlıq prosesi hələ başlamayıb.

Onun sözlərinə görə, seçki kampaniyasının başlayacağı vaxt martın 10-da açıqlanacaq:

"Qarşıdakı seçkilərlə bağlı proqnoz vermək çətindir. Bütün analizlər göstərir ki, seçki kampaniyası çox gərgin keçəcək. Kampaniya rəsmən başlayandan sonra kimlərin iştirak edəcəyi, hansı yeni koalisiyaların ortaya çıxacağı, kimlərin bərabər hərəkət edəcəyi məlum olacaq. Bu günkü mənzərə odur ki, hələlik iki namizəd konkretləşib: “Millət İttifaqı”ndan Kılıçdaroğlu, iqtidardan isə çox böyük ehtimalla Ərdoğan. Onlardan başqa müxtəlif iddialı fiqurlar da var. Digər siyasi qüvvələrin müstəqil namizəd çıxaracağı, yoxsa adı açıqlanan namizədlərdən birinə dəstək verəcəyi hələ məlum deyil. Bildiyimiz kimi, Meral Akşener “Millət İttifaqı”ndan ayrılmışdı. Sonra geri döndu. Çox dinamik və ziddiyyətli proseslər gedir. Emek və Özgürlük İttifaqı, “Zəfər Partiyası”nın kimi dəstəkləyəcyi hələ məlum deyil. Bundan başqa iddialı görünən müxalifət namizədlərindən biri də Muharrem İncədir. Eyni zamanda Nəcməddin Ərbakanın oğlunun qurduğu partiya da var. Bu baxımdan hansı fiqurların və neçə ittifaqın prosesdə iştirak edəcəyi çox əhəmiyyətlidir. İndi sadəcə ortada görüş var. Seçkiyə qədər çox şey dəyişə bilər. Hətta 0.5 % səs belə həlledici nəticə ola bilər”.

Əfsanə Rəcəb
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər