Ru
14:22 / 06 Mart 2023

1 manat da pensiya almayan məşhur general - İqbal Babayevlə bağlı ilginc məlumatlar

11867
Bu günlərdə Dövlət Gömrük Komitəsinin təqaüdə göndərilən generallarının yüksək məbləğdə pensiya aldıqlarına dair məlumatlar ciddi müzakirəyə səbəb olub.

Bununla bağlı Bakupost.az araşdırma apararkən ilginc məlumat əldə edib.


Öncə qeyd edək ki, hazırda bir sıra gömrük generalları 8-10 min manat və daha yüksək məbləğdə pensiya alırlar.



Məsələn, antikorrupsiya əməliyyatları çərçivəsində vəzifəsindən azad edilən Komitənin sabiq sədri, general-polkovnik Səfər Mehdiyev deyildiyi kimi, 10140 manat olmasa da, kifayət qədər yüksək pensiya alır. Həmçinin Komitənin digər sabiq sədri, general-polkovnik Aydın Əliyev.





2022-ci ilin dekabr ayında vəzifəsindən azad edilmiş DGK sədrinin müavini, gömrük xidməti general-leytenantı Əsgər Abdullayevin təqaüdü 8600 manata yaxındır. Digər təqaüdə göndərilən generallara 8300 manata yaxın pensiya təyin edilib. Komitədən polkovnik rütbəsində təqaüdə göndərilənlərin pensiyasının isə 2-4 min manat arasında olduğu bildirilir.





Bakupost.az -a daxil olan məlumata görə, Dövlət Gömrük Komitəsinin sabiq sədr müavini, general İqbal Babayev isə vəzifədən uzaqlaşdırıldıqdan sonra pensiya almır. Bu baxımdan İ.Babayev yəqin, ölkənin yeganə generalıdır.

Bunun səbəbini öyrənmək üçün generalla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz heç bir nəticə vermədi.


Amma Dövlət Gömrük Komitəsində Bakupost.az -a faktı təsdiq ediblər. DGK sədrinin sabiq müavininin həqiqətən də pensiya almadığını bildiriblər və səbəbini belə izah ediblər: "General İqbal Babayev pensiya hüququ qazanmayıb".

Məlum olub ki, gömrük generalı təkcə pensiya hüququndan məhrum edilməyib, eyni zamanda Gömrük Xəstəxanasının xidmətlərindən istifadə etmək hüququnu da itirib.

Qeyd edək ki, İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmurdur. Onun adı heç vaxt korrupsiyada hallanmayıb.

1990-ci ildə Kiyev İnşaat və Memarlıq Milli Universitetində (KİMMU) texnika elmləri namizədi, 2006-cı ildə həmin universitetdə texnika elmləri doktoru (Ukrayna), 2009-cu ildə Azərbaycan Milli Aviasiya Akademiyasında texnika elmləri doktoru (Azərbaycan) elmi dərəcələri alıb.

7 monoqrafiyanın, 13 dərsliyin, 100-dən çox elmi-metodiki işin və Amerikanın PMI İnstitutunun PMBOK-Layihələrin İdarə Olunması kitabının Azərbaycan nəşrinin ümumi redaktəsinin müəllifidir. 6 elmi işinə müəllif hüququ verilib.

20-ə yaxın dövlət təltifləri və mükafatlarına layiq görülüb. O cümlədən, 2011-ci ildə Azərbaycan Republikasının Prezidentinin 1300 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” Azərbaycan Respublikasının medalı, 2014-cü ildə Azərbaycan Republikasının Prezidentinin 252 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 3-cü dərəcəli ordeni, 2017-ci ildə Azərbaycan Republikasının Prezidentinin 2631 nömrəli Sərəncamı ilə “Vətənə xidmətə görə” 2-ci dərəcəli ordeni və Ukraynanın Prezidentinin 22 avqust 2020-ci il tarixli sərəncamı ilə “Əmək və şücayətə görə” medal ilə təltif olunub.


Zaur
BakuPost
Şərhlər
  • surxay

    Burda nə var ki, İqbal Babayev dövlətə yüksək xidmətləri ilə seçilən məmur olduğu və adının heç vaxt korrupsiyada hallanmadığı üçün pensiya hüququndan və Gömrük Xəstəxanasının xidmətlərindən istifadə etmək hüququnu itirib.Azərbaycan reallığında bu təbii hal sayılmalıdır

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin


Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər