Ru
14:39 / 22 Noyabr 2022

12 nəfərin başı kəsilərək öldürüldü - Beynəlxalq təşkilat işə qarışdı

1367
Səudiyyə Ərəbistanında son 2 həftədə 12 nəfərin başı kəsilərək öldürülüb.

Bakupost.az xəbər verir ki, bu barədə Reprieve beynəlxalq insan haqları təşkilatı bildirib.

Təşkilat iddia edir ki, Səudiyyə rəhbərliyi edamları Qətərdə keçirilən 2022-ci il dünya çempionatının diqqət mərkəzində olmasından istifadə edərək həyata keçirib.

Qeyd olunur ki, edam hökmləri narkotik maddə istifadəsinə görə verilib.

Bu il Səidiyyədə gizli edam edilənlərin sayı əvvəlki illərlə müqayisədə artıb. Mart ayında bir gündə 81 nəfərin edam edilməsi ciddi reaksiyalara səbəb olub.

Qeyd edək ki, ötən il Ər-Riyad zorakılıq motivi olmayan cinayətlərə görə ölkədə ölüm hökmü çıxarılmayacağını bəyan edib.

Aynur
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər