Ru
22:43 / 05 Dekabr 2021

14 zabiti itirdiyimiz qəzanın səbəbi nə ola bilər? - VİDEO

1839

Necə oldu ki, bu qədər hərbçi bir yerə toplandı, niyə təlimə helikopterlə gedilirdi, bu hadisə təxribat olar bilərmi və s. suallar bir anda sosial şəbəkələrin gündəminə çevrildi. Əslində insanların bu narahatlığını da, dezinformasiyaların yayılmasını da anlamaq olardı. Çünki hadisədən saatlar keçsə də, heç bir rəsmi açıqlama verilmirdi. Bu isə müxtəlif mülahizələrə yol açırdı.


Hadisə ilə bağlı cəmiyyətin vaxtında məlumatdırılmaması məsələsinə Prezidentin köməkçisi Hikmət Hacıyev də münasibət bildirdi. Azərbaycanda dövlət səviyyəsində kommunikasiya məsələlərinə böyük əhəmiyyət verildiyini deyən Hikmət Hacıyev qeyd etdi ki, aidiyyəti qurumlar tərəfindən operativ kommunikasiyanın həyata keçirilməsi, ilkin məlumat formasında olsa da, kommunikasiyanın təmin olunması vacib şərtdir.


Digər tərəfdən, ictimaiyyət olaraq strateji səbir göstərməyimiz vacib hallardan biridir. Keçək qəzanın səbəblərinə. Bu, araşdırmalardan sonra məlum olacaq. Ümumiyyətlə, bu cür qəzalar əsasən hansı hallarda baş verir? İnsan amili, hava şəraiti, yoxsa texniki nasazlıq?


İctimai TV baş verən helikopter qəzalarını araşdırıb. Ətraflı video materialda:



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər