Nazirlər Kabinetinin qərarına görə, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur.
Bakupost.az bildirir ki, nəqliyyat vasitəsi 15 dəqiqədən artıq parklandıqda isə ödəniş tam məbləğdə hesablanır.
Son günlər bəzi sürücülər redaksiyamıza müraciət ünvanlayaraq şikayətlənirlər ki, parklanma vaxtı 0-dan deyil, 3 dəqiqədən başlayır.