Xəbər verdiyimiz kimi, ötən gecə saat 01:30 radələrində Ermənistanın Qeqarkunik rayonunun Azad kəndində mühəndis-istehkam bölüyünün kazarmasında yanğın baş verib.
Bakupost.az erməni KİV-ə istinadla xəbər verir ki, hadisə nəticəsində 15 hərbçi həlak olub. Daha 3 nəfərin vəziyyəti isə ağırdır. Hərbi hissədə baş verən yanğının söndürülməsinə 5 saat vaxt sərf olunub.
Ermənistan İstintaq Komitəsinin məlumatına görə, hadisəyə səbəb bölüyün zabitinin isinmək üçün benzindən istifadə etməsi olub. O, təhlükəsizlik qaydalarını pozduğundan soba yanıb, xəsarət alan zabir istifadə etdiyiyanacaq dolu beş litrlik benzin qabını kazarma tərəfə atıb. Nəticədə güclü yanğı baş verib.
"Sputnik Armeniya" hadisənin baş verdiyi yerdən fotolar yayıb. Həmin fotoları təqdim edirik.
Zaur
BakuPost