Ru
00:35 / 07 Oktyabr 2022

150 tonluq göy balinalarla bağlı İLGİNC FAKT

10368
Kaliforniyanın Monterey Bay Akvarium Tədqiqat İnstitutunun (MBARI) dəniz bioloqları mavi balinaların qida axtarışı zamanı küləyin arxasınca getdiklərini müəyyən ediblər. Bioloqlar hesab edir ki, küləyin istiqaməti balinalara ov yolunu göstərir.



Bakupost.az xəbər verir ki, araşdırma "Ecology Letters" jurnalında dərc olunub.



Alimlər mavi balinaların hərəkətlərini çıxardıqları səslər və onların gəldiyi istiqaməti qeydə alan cihaz vasitəsilə izləyiblər. Yer kürəsinin ən böyük heyvanları olan mavi balinalar hər il Monterey körfəzi bölgəsində toplanır. Balinaların toplanması yüksəlmə mövsümü - dərin okean sularının səthə çıxması ilə üst-üstə düşür.


Bu proses küləyin yerüstü suları hərəkət etdirməsi nəticəsində baş verir. Bu zaman su dərinliklərdən üst qata qalxır. Nəticədə krilllər və krevetlərə bənzəyən kiçik artropodların çoxalması üçün əlverişli şərait yaranır. Onların hədsiz bolluğu çəkisi 150 tona qədər olan balinalar üçün sağ qalmaq məsələsidir.



Tədqiqat göstərib ki, balinaların hərəkəti soyuq su axınının istiqaməti ilə üst-üstə düşür.


Fərid
Baku Post
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər