ABŞ-nin həm Demokrat, həm də Respublikaçılar partiyalarının nümayəndələri Ukraynadan səfərbərlik yaşını indiki 25 yaşdan 18 yaşa endirməyi tələb edirlər.
Bakupost.az xəbər verir ki, vu barədə Ukrayna Prezident Aparatı rəhbərinin müşaviri Sergey Leşenko Telegram kanalında məlumat verib.
“Bu məlumat ortaya çıxdıqdan sonra təsdiq edə bilərəm: hər iki partiyanın amerikalı siyasətçiləri prezident Zelenskiyə təzyiq edirlər ki, niyə 18-25 yaşı arasında olan ukraynalılar səfərbər edilmir. Onların arqumenti belədir: ABŞ Vyetnamda döyüşəndə, onlar 19 yaşından yuxarı hamını döyüşə göndəriblər. Ona görə də amerikalılar qeyd edirlər: Təkcə Qərb silahları kifayət etmir, 18 yaşından hamı səfərbər edilməlidir”.
Leşenko əlavə edib ki, “Zelenski hələ də bu məsələdə güzəştə getməyib.
Zaur, BakuPost