Ru
10:38 / 23 May 2022

1981-ci ilə kimi doğulanlara meymun çiçəyi qorxulu deyil - SƏBƏB

1933
Meymun çiçəyi dünyada 1958-ci ildən tanışdır. İlk dəfə Afrikada başlayan yoluxmada, əsasən 16 yaşa kimi uşaqlar xəstələnirdi. Meymun çiçəyi klassik suçiçəyinə çox oxşayır. İlk dəfə insanda 2003-cü ildə aşkarlanıb.

Axırıncı yoluxma alovlanması 2017-ci ildə Nigeriyada olub.

Bakupost.az xəbər verir ki, hollandiyalı virusoloq Marion Kupmans meymun çiçəyi ilə bağlı ümidverici açıqlama verib.

O, qeyd edib ki, 1981-ci ilə kimi dünyaya gələn insanlara klassik suçiçəyi vaksini doğulandan sonra edilib:

“Bu vaksin meymun çiçəyinə qarşı da dayanıqlıdır, insanların bədənində artıq antitel var.

Zərurət olarsa, ABŞ və Avropa 1981-ci ildən sonra doğulanları həmin vaksinlə təcili peyvəndləməlidir.

Ona görə də 1981-ci ilə kimi doğulanların virusa qalib gələcəyinə ümid edirik.

Çox xoşagəlməz infeksiyadır, bundan sonra necə inkişaf edəcək deyə bilmərik. Ola bilər xarakterini dəyişib. İnsan çiçəyi ilə çox oxşardır. Adi çiçəyə qarşı vaksinimiz var, onu istifadə etməliyik”.

Digər tərəfdən 1981-ci ilə qədər doğulanlar da onlara çiçək peyvəndi olunub ya yox maraqlanmalıdırlar. Peyvəndə rəğmən arxayınlaşmaq olmaz, çünki peyvəndin təsir müddətini heç kim bilmir.

Aygün Musayeva
BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər