Ru
16:19 / 05 May 2022

2 başlı, 3 əlli uşaq doğuldu - FOTO

5014
Hindistanın Madxya-Pradeş ştatında daha bir anomal uşaq doğulub.


Bakupost.az xəbər verir ki, Ratlam şəhər xəstəxanasında qadın 2 başlı, 2 onurğa sütunlu, 2 qollu körpə dünyaya gətirib.

Doğuş uzmanı Bradjeş Laxoti bildirib ki, bu, tibb üçün kifayət qədər nadir və çətin patologiyadır.

Qadının əvvəl USM müayinəsi onun əkizə hamilə olduğunu göstərib. Tibdə bu vəziyyət disefal parapaq adlanır.

Uşaq qadının ilk övladıdır.

Əkiz hamiləliyin gedişatı pozulduğu üçün əkizlərin başları bir bədəndə birləşib.

Həkimlər körpənin çox yaşamayacağını deyib.


Körpə reanimasiyada kritik vəziyyətdədir.

Aygün Musayeva
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər