Ru
09:42 / 17 May 2022

20 ildə bir dəfə İstanbula gəldim, onu da burnumdan gətirdilər - Deputat - VİDEO

9955
“Cəmi 1 dəqiqə İstanbuldan Azərbaycana salamlarımı göndərdim. Bu salamlar sanki böyük bir qəbahət etmişəmmiş kimi, pis-pis başlıqlarla Azərbaycanda şərh edilir. Artıq bir agentliyin və iki saytın rəhbərliyi üzrxahlıq edərək bildirdi ki, Tahir Kərimli haqqında mənfi planda paylaşımlar etməyə onları məcbur ediblər”.



Bakupost.az xəbər verir ki, bu sözləri Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli Feysbuk hesabında paylaşdığı videomüraciətində deyib.



O bildirib ki, bu məcburiyyətin haradan gəldiyini bilir:


“Söhbət ondan gedir ki, heç bir siyasi və hüquqi cəhətinə toxunmadan saytlardan birinə Mübariz Mənsimov haqqında danışarkən müsbət sözlər söyləmişəm. M.Mənsimov dövlətimizə, Prezidentimizin siyasətinə qarşı olsa, bunu qətiyyətlə pisləyərdim. Amma bununla bağlı hansısa məlumatım yoxdur. Onu bilirəm ki, çoxlu haram pullar yeyən, böyük vəzifədə işləyənlər onunla düşməndir.
Bəziləri deyir ki, gedib orada müalicə olunur. Bilirsiniz ki, keçən il Türkiyəyə gəlməli idim. Şəhid generalımızın adına park və küçələr açmalı idim. Bunu mənə icazə vermədilər. 20 ildir ki, mən İstanbulu görmürəm.


Fürsətdən istifadə edib, özümü həkimə göstərmək və bir sıra görüşlər keçirmək qərarına gəldim. Artıq bir sıra görüşlərimizi həyata keçirmişəm, müəyyən müqəddəs yerləri ziyarət etmişəm.


Mən heç zaman VIP-dən istifadə etməmişəm. Azərbaycanda özümü həkimə göstərəndə növbələrdə durmuşam, heç zaman fərqlənməmişəm. Təəssüf ki, haram yeyənlər, milyonlarla pul xərcləyənlər, Türkiyəni su yoluna döndərənlər bircə dəfə bura gəlməyimi mənim burnumdan tökdülər”.


Daha ətraflı videoda:






Xatırladaq ki, ötən gün T. Kərimli İstanbuldan video paylaşaraq Azərbaycana salamlarını çatdırmışdı. Bu isə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olmuşdu.





BakuPost

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər