Ru
22:46 / 12 Yanvar 2023

2022-ci ilin ən yaxşı futbolçusu seçilir - Səsvermə başladı

11604
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) öz rəsmi saytında 2022-ci ilin ən yaxşı futbolçusu mükafatının qalibi üçün azarkeşlərin səsverməsinə başlandığını elan edib.

Bakupost.az xəbər verir ki, siyahıda Madrid “Real”ının hücumçusu Kərim Benzemanın, Qətərdə keçirilən DÇ-2022-nin ən yaxşı oyunçusu seçilmiş Lionel Messinin, eləcə də son dünya çempionatının bombardiri olmuş Fransa millisinin futbolçusu Kilian Mbappenin adı var.

Siyahıda olan digər futbolçular isə bunlardır:

Xulian Alvares (Argentina, “Mançester Siti”)

Jud Bellinqem (İngiltərə, “Borussiya” Dortmund)

Kevin De Brüyne (Belçika, “Mançester Siti”)

Erlinq Haalland (Norveç, “Mançester Siti”)

Aşraf Hakimi (Mərakeş, PSJ)

Robert Levandovski (Polşa, “Barselona”)

Luka Modriç (Xorvatiya, “Real”)

Neymar (Braziliya, PSJ)

Məhəmməd Salah (Misir, “Liverpul”)

Vinisius Junior (Braziliya, “Real”)
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər