Şabranda 21 yaşlı gənc tanışını bıçaqlayaraq öldürüb.
Rayon Prokurorluğundan
Bakupost.az -a bildirilib ki, iyunun 15-də 1997-ci il təvəllüdlü Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə prokurorluğa məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin tanışı 2001-ci il təvəllüdlü Teymur Cəfərzadənin Orxan Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutulub. İstintaq tədbirləri davam etdirilir.