Ru
10:55 / 03 Dekabr 2022

27 yaşlı oğlan 4 nəfəri güllələdi - Beyləqanda dəhşətli QƏTL

5469
Beyləqanda bir ailənin 4 üzvünü qətlə yetirməkdə təqsirləndirilən Fuad Cəlilzadə barəsində 1 maddə ilə ittiham verilib.

Bakupost.az xəbər verir ki, Fuad Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 120.2.7-ci ( iki və daha çox şəxsi qətlə yetirmək) maddələri ittiham verilib.

Qeyd edək ki, ötən gün 1995-ci il təvəllüdlü Fuad Cəlilzadə düşmənçilik zəminində Quliyev Nadir Cümşüd oğlunu, onun həyat yoldaşı Tərgül Quliyevanı, oğlanları Amin və Xəyal Quluzadələri odlu silahla güllələyərək öldürüb.


Məlumata görə, tərəflər arasında sonuncu mübahisə yol verməmək üstündə olub. Belə ki, qətlə yetirilən ailə üzvləri hadisəni törətməkdə şübhəli bilinən Fuad Cəlilzadənin yaşadığı evə gedən yolu naqillə kəsərək onun evinə gedən istiqaməti bağlayıblar.

Bu səbəbdən hadisədən bir gün əvvəl də onlar arasında dava olub.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər