Ru
18:20 / 06 İyul 2022

27 yaşlı qız gülməkdən ölüm həddinə çatdı

5313
27 yaşlı britaniyalı qızda nadir xəstəlik aşkarlanıb.

Bakupost.az xəbər verir ki, Nataşa Kouts adlı qadın güclü emosiyalar hiss edərkən allergik reaksiya keçirir.

Bura gülüş, həyəcan, ağlamaq aiddir.

Tuç nöqtələrin həddən artıq aktivliyi sindromundan uşaqlıqdan əziyyət çəkən pasiyent bir dəfə gülüşdən öləcəyi anı xatırlayıb:

"Məndə uşaqlıqdan güclü emosiyalara allergiya var. Gülüş, ağlamaq, stress zamanı bədənimdə kimyəvi reaksiya başlayır.

Bir dəfə gülməkdən az qala öləcəkdim. Qəhqəhə çəkib güldüm, 5 dəqiqənin içində bədənimdə Kvinke ödemi başladı, dilim, boğazım şişdi. Az qala ölürdüm. Mənə iynə vurub, təcili yardım çağırdılar.

Bu sindromun müalicəsi yoxdur".

Aygün Musayeva
BakuPost
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər