Argentina-İtaliya matçı 3:0 hesabla nəticələnib.
Bakupost.az xəbər verir ki, 2020 Avropa Çempionatında qazanan İtaliya və 2021 Amerika Çempionu Argentina “Finalissima” 2022-də qarşı-qarşıya gəlib.
UEFA ilə Cənubi Amerika Futbol Konfederasiyaları arasındakı əlaqələrin irəliləməsi məqsədilə 29 il sonra keçirilən oyunda Argentina 3:0 hesabla İtaliyaya qalib gəlib.
Beləliklə, Argentina Avropa və Cənubi Amerika çempionları arasında oynanan 3 qarşılaşmada 2-ci dəfə kubok sahibi olub. Daha əvvəl 1985-ci ildə Fransa Uruqvayı, 1993-cü ildə isə Argentina Danimarkanı məğlub edib.
Aynur
BakuPost