Ru
13:24 / 01 Fevral 2023

3 aydır işləməyən ekskalator... – Problem niyə həll olunmur? - FOTO

4659
Bakının Tbilisi prospektindəki (Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin yanı) yerüstü keçiddəki ekskalator aylardır işləmir.

Bu barədə Bakupost.az –a paytaxt sakinləri şikayət edib.


Onlar bildirirlər ki, artıq 2 aydan çoxdur, ekskalator təmir olunmur:


“Hər gün buradan gəlib-gedirik. Yolun o biri tərəfində nəşriyyat, lisey, autizim mərkəzi və digər iaşə obyektləri var. Nənə-babalar uşaqları, nəvələri dərsə gətirir. Ekskalatorun dərdindən yolu uzadıb, aşağıdan fırlanıb gedirlər. İkitərəfli yoldur. Nə işıqfor var, nə başqa bir imkan ki, oradan keçib gedək. Günlərlə gözlədik, bu gün düzələr, sabah düzələr deyib, səbr etdik. Amma artıq 2 aydan çoxdur ekskalatoru düzəltmirlər. Yuxarıda oturan işçiyə yaxınlaşıb dərdimizi demək olmur. Adama elə qışqırır ki... Belə şey olar?! Nə vaxta qədər gözləyək?! Sanki özləri bilərəkdən dayandırır. Ötən gün heç biri işləmirdi. Bu gün baxırıq ki, bir tərəfi işləyir, amma o biri yenə işləmir. Artıq düşüb-qalxmaqdan ürəyimiz qalmadı. Heç kim gəlib baxmır, maraqlanmır”.


Şikayətçilər deyirlər ki, həmin keçiddəki ekskalatorlar tez-tez xarab olur: “Keflərinə nə zaman düşsə gəlib baxırlar”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentli ilə əlaqə saxladıq.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Nəcəfli Bakupost.az –a açıqlamasında bildirdi ki, problem araşdırılacaq.



Aygün
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin






Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər