Ru
10:26 / 23 Sentyabr 2022

Gecədən səhərədək rayonlarımız atəşə tutulub - Müdafiə Nazirliyi

2511
Sentyabrın 22-si saat 23:45-dən sentyabrın 23-ü saat 08:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı, Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli və Zərkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi, Kəlbəcər rayonunun Keşdək və Barmaqbinə, Daşkəsən rayonunun Təzəkənd yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.


Bu barədə Bakupost.az -a Müdafiə Nazirliyindən məlumat verilib.


Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin

Şərhlər
  • t.ədalət

    Bu qədər öldürürük,yəni,ermənilər təzədən peyda olurlar?Atəş açanlar hamısı Putinin regiona yerləşdirdiyi hərbiçilərdir.ermənistanda əhalinin sayından çox rus hərbiçiləri var.

Son xəbərlər
Çox oxunanlar
Son xəbərlər